Biləsuvar, 12 dekabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarlılar müasir müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, icra strukturlarının əməkdaşları, minlərlə biləsuvarlı Heydər Əliyevin abidəsini ziyarət edib, xalqın əvəzsiz liderinin xatirəsinə dərin ehtiramlarını bildiriblər.