Ürəklərdə özünə əbədi heykəl ucaldan dahi

Ürəklərdə özünə əbədi heykəl ucaldan dahi
13:18 12 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 12 dekabr, AZƏRTAC
Ağsuda görkəmli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin vəfatının 12-ci ildönümü ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də səhər saatlarında idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində Heydər Əliyevin adını daşıyan parka gələrək burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və qərənfillər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzində rayon fəallarının, ziyalıların, ağsaqqalların və gənclərin iştirakı ilə Ulu Öndərin vəfatının ildönümünə həsr olunan toplantı keçirilib. İştirakçılar əvvəlcə bu dahi insanın həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.
Çıxışlarda bu gün Azərbaycanın qazandığı uğurların məhz Heydər Əliyev dühasının bəhrəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalan, vətəndaş müharibəsi həddində olan Azərbaycanı xilas edərək müstəqillik yoluna çıxarmaqla gələcək güclü dövlət üçün möhkəm bünövrə yaratmaq kimi böyük bir tarixi missiyanı yerinə yetirən bu dahi şəxsiyyət misilsiz xidmətləri ilə xalqın qəlbində özünə əbədi heykəl ucaldıb.
Məruzə və çıxışlarda bu gün Azərbaycanın Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla irəlilədiyi iftixarla vurğulanıb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ureklerde_ozune_ebedi_heykel_ucaldan_dahi-910646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR