Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib

13:27 12 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə-məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş "AK-74" markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR