AzTV-nin keçmiş aparıcısı: "Bunlara haqq qazandırmaq olmaz"

AzTV-nin keçmiş aparıcısı:  "Bunlara haqq qazandırmaq olmaz"
13:31 12 Dekabr 2015
92 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Nailə İslamzadə ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri ilə bağlı açıqlamasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, o, aparıcıların bu nəticələrdən dərs çıxarmalarını məsləhət görüb:

“Ədəbi dili təbliğ etmək, hamıya öyrətmək televiziyanın vəzifələrindən biridir” – bu fikri ümummilli lider Heydər Əliyev demişdir. Şuranın "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsini çox bəyənirəm. Onlar yalnız aparıcıların adlarını verməklə kifayətlənməyiblər, daha geniş siyahıda nitqdə olan qüsurları dəqiq olaraq göstəriblər. Düşünürəm ki, siyahıda adları olan aparıcılarımız nöqsanlardan nəticə çıxarmalıdırlar. Düzdür, onların arasında savadlı, sevilən aparıcılar var. Göstərilən xırda nöqsanları nəzərə alsalar her şey yoluna düşər. Amma bəzilərinin üzərində çox işləmək lazımdır. Birmənalı olaraq, efirdə ədəbi dil xətalarına, bölgə ləhcəsinə, şivəyə, nitq kasadlığına bəraət qazandırmaq olmaz. Tamaşaçı və dinləyiciyə müraciət edən, hər hansı bir məlumatı, mövzunu çatdırmaq istəyən jurnalist, aparıcı şifahi ədəbi dil qaydalarına riayət etməlidir. Ana dilimizi qorumaq hamımızın borcudur. Ədəbi dilin qorunması ilə bərabər, efir mədəniyyəti üzrə də monitorinq keçirilsə yaxşı olardı”.

Qeyd edək ki, əvvəllər Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" proqramının əsas aparıcılarından biri olan N.İslamzadə hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyir. Eyni zamanda Türkiyənin TRT AVAZ kanalında yayımlanan “İşte kadın” proqramının aparıcısıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR