Ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib

13:33 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində olan Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Ağdamlılar dahi şəxsiyyətin abidəsini ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər. Mərasimə gələnlər dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Tanrıdan ona rəhmət diləyiblər. Bildirilib ki, on iki il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi ağdamlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Həmin gün ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Çəmənli kəndində ehsan süfrəsi açılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_Quzanli_qesebesindeki_abidesi_minlerle_insanin_ziyaretgahina_chevrilib-910653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR