Bakıda faciə: 2 qadın öldü

Bakıda faciə: 2 qadın öldü
13:34 12 Dekabr 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 11-də Nərimanov rayonu ərazisində yaşayan Nərmin Əzimli mənzilində dəm qazından zəhərlənərək ölüb.

 

Bundan başqa, dekabrın 9-da Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Gündüz Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Marina Baqanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş M.Baqanova dekabrın 11-də orada ölüb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR