Rayon Təhsil şöbələrindən birinin müdiri vəzifəsindən azad edilib

Rayon Təhsil şöbələrindən birinin müdiri vəzifəsindən azad edilib
13:52 12 Dekabr 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən  azad olunduğu bildirilıir.
A.Həşimova bu vəzifəyə 2010-ci ildə təyin olunub. Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, rayon Təhsil Şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) ilə razılaşdırılmaqla rayon icra Hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/rayon-tehsil-sobelerinden-birinin-mudiri-vezifesinden-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR