Prezident Türkiyə və Rusiyaya müraciət etdi

Prezident Türkiyə və Rusiyaya müraciət etdi
13:56 12 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Türkiyəyə müraciət edib.

ANS PRESS-in məlumatına görə, prezident xeyirxah addım atmaq istəyib və bu fonda o, Türkiyə və Rusiyanı barışığa səsləyib. Dövlət başçısı deyib ki, iki ölkə rəhbəri aralarında olan münasibətləri gərginləşdirmək əvəzinə onları yumşaltmağa çalışmalıdırlar.

"Rusiya və Türkiyə bundan sonra kompromisə getməlidirlər. Bu istiqamətdə onlardan hansısa bir addım atmalı və əvvəlki dostluq münasibətlərini bərpa etməlidirlər", - deyə ölkə rəhbəri bildirib.

Birtərəfli siyasətə həsr olunmuş Beynəlxalq konfransda çıxışı zamanı A. Lukaşenko onu da əlavə edib ki, səhvlər qaçılmazdır, bunu hər bir ölkə edə bilər, lakin sonradan onu sülh yolu ilə həll etmək, güzəştə getmək lazımdır. Bu, həmçinin, Rusiya və Türkiyə ölkələrinə də aiddir.



Rusiya və Türkiyə arasında münasibətlər noyabrın 24-də gərginləşməyə başlayıb. Buna səbəb Türkiyənin F-16 qırıcı təyyarəsinin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 təyyarəsini məhv etməsidir. Məlumata görə, "Su-24" təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.

Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.


Rusiyanın Su-24 təyyarəsinin vurulması

Həmçinin oxuyun:
Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)

"Türkiyə Rusiya təyyarəsini vurduğuna peşman olacaq"
Ruhani: "Təyyarələr oyuncaq deyil"
ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyir

Rusiya Azərbaycanın da üzv olduğu təşkilatdan çıxır
Ərdoğanın Putinə zəng vurması təsdiqləndi








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR