Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edir

Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edir
13:57 12 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı.12 dekabr. REPORT.AZ/ Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.
"Report" xəbər verir ki, səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dua oxuyurlar. 
Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycan müxtəlif rayon və şəhərlərindən gələn sadə insanlar iştirak edirlər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR