Bakının "Heydər" məscidində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

14:13 12 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bu gün Bakının "Heydər" məscidində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub. Şeyxülislam bu il vəfat edən şəhid və bütün müsəlmanlara Allahdan ruhlarının şad olmasını diləyib.

A.Paşazadə "Heydər" məscidinin inşasına da toxunub: "Bu məscidin indi olduğu yer boş bir ərazi idi. Amma indi baxın, çox əzəmətli bir məkanda oturmuşuq. Buranın tikintisi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun diqqəti və qayğısı sayəsində bu məscid tikilib. Bu məscidin "Heydər" məscidi adlandırılmasını da mən xahiş etmişəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR