Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri müəyyənləşib

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri müəyyənləşib
14:23 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
456 qitə klubunun yer aldığı siyahıda yeddi Azərbaycan komandası da yer alır.
AZƏRTAC xəbər verir ki, hazırda ölkəmizin ən yaxşı göstəriciyə malik komandası "Qarabağ"dır. Ağdam klubu 13.475 reytinq xalı ilə 129-cu pillədə qərarlaşıb.
"Neftçi" 9.725 xalla 167-cidir. 5.475 xala malik "İnter" isə 246-cı pillədə yer alıb.
Bu mövsüm Avropa liqasının qrup mərhələsində çıxış etməklə mövqeyini xeyli yaxşılaşdıran "Qəbələ" 5.225 reytinq xalı ilə 253-cü pilləyə yüksəlib.
Qalan təmsilçilərimiz - "Xəzər Lənkəran" 4.475 xalla 283-cü, "Bakı" və AZAL isə 3.225 xalla 330-cu yerdə gedir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_klublarinin_UEFA_reytinqindeki_yeni_movqeleri_mueyyenlesib-910670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR