Şimal bölgəsində Heydər Əliyev anıldı

Şimal bölgəsində Heydər Əliyev anıldı
14:36 12 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tarixi şəxsiyyəti Heydər Əliyevin vəfatının növbəti ildönümü şimal bölgəsində də anılıb.

ANS PRESS-in xəbərinə görə, Xaçmaz rayonunda yeni inşa olunmuş Heydər Əliyev Mərkəzi qarşısında olan dahi şəxsiyyətin büstü rayon ictimaiyyəti tərəfindən ziyarət olunub. Anım mərasimində İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, sərhədçilər, idarə və təşkilat rəhbərləri, sadə insanlar Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Mərasimdə minlərlə insan iştirak edib. Anım mərasimdən sonra Heydər Əliyevin xatirəsinə ehsan verilib.


Heydər Əliyev anılıb

Heydər Əliyevin vəfatının 12- ci ildönümü Qubada da geniş kütlə tərəfindən anılıb. Rayon rəhbərliyi başda olmaqla hər kəs Heydər Əliyevin büstü onünə gələrək, gül dəstələri qoymaqla onun ruhunu anıblar. Sonra şəhərin müxtəlif yerlərində Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.


Heydər Əliyev kütlə tərəfindən yad olunur

Heydər Əliyevin xatirəsi Qusarda da onun şəhərdəki büstünün ziyarəti ilə başlayıb. İcra Hakimiyyəti rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qusardakı hərbi hissənin şəxsi heyyəti , idarə təşkilat rəhbərləri ,sadə insanlar abidə önünə gül dəstəsi qoyaraq, Heydər Əliyevə olan ehtiramlarını bir daha nümayiş etdiriblər. Sonra dahi şəxsiyyətin həyat və yaradıcılığına həsr olunan konfrans keçirlib. Konfransda H.Əliyevin mənalı həyat yolundan danışılıb.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR