Gəncədə Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

Gəncədə Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
14:42 12 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Respublikanın hər yerində olduğu kimi Gəncədə də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, səhər saatlarından başlayaraq minlərlə şəhər sakini ümummilli liderin adını daşıyan meydana axın edib. Və dahi öndər, əbədiyaşar liderə öz ehtiramlarını nümayiş etdiriblər. Anım tədbirində şəhər sakinləri ilə yanaşı, icra hakimiyyətinin başçısı və şəhər ictimaiyyətinin nümayəndələri də meydana gələrək müstəqil Azərbaycanın qurucusu, xalqın xilaskarı, ümummilli liderin heykəli önünə tər çiçəklər düzərək ulu öndərin xatirəsini yad ediblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə 4 dəfə Gəncəyə tarixi səfər edib. Və bütün bu tarixi səfərlər ümummilli liderin Gəncə və gəncəlilərə olan sevgisini, məhəbbətini tərənnüm edib. Dahi öndərin əziz xatirəsi vətənini, millətini sevən hər bir Gəncə sakininin qəlbində daima yaşayacaqdır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR