Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
14:47 12 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Lənkəranda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. "Report"un məlumatına görə, ilk olaraq Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli liderin abidəsini ziyarət etdikdən sonra ümumxalq ziyarəti başlayıb. 
Heydər Əliyev xatirə parkına gələn lənkəranlılar, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər İcra hakimiyyətinin rəhbər işçiləri ulu öndərin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Daha sonra ziyarət Heydər Əliyev Mərkəzində davam edib. İcra başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə bir daha yaxından tanış olub, dahi rəhbərin xatirəsini anıblar.



Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/lenkeranda-ulu-onde-heyder-eliyevin-xatiresi-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR