Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə seçkilərdə iştirak edir

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə seçkilərdə iştirak edir
14:47 12 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Səudiyyə Ərəbistanında bələdiyyə seçkiləri keçirilir. "Report" BBC-yə istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə qadınlar da seçkilərdə iştirak edir.
Qadınlara avtomobil sürməyə icazə verilməyən dünyanın yeganə ölkəsi olan Səudiyyə Ərəbistanında bu dəfə qadınların seçkilərdə namizədliyini irəli sürməsinə belə icazə verilib. Belədə bələdiyyə seçkilərində 5938 kişi ilə yanaşı, 978 qadın da namizəd kimi qeydə alınıb.
Seçkilərdə iştirak edəcək qadınların sayı isə 130 minə yaxındır. Əvəzində 1,35 milyon kişi səs vermək üçün qeydiyyatdan keçib.
Ümumiyyətlə, Səudiyyə Ərəbistanında seçkinin özü nadir hadisədir. Cari seçki krallıq tarixində üçüncü belə haldır. 1965-cı ildən 2005-ci ilə qədər orada seçki keçirilməyib.
Xatırladaq ki, qadınlara seçkilərdə iştirak etmək icazəsi haqda qərarı mərhum Kral Abdullah 2011-ci ildə vermişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR