​Ceyms Ellison: "Ferrari" yarışlarda "Mercedes"i ötüb keçmək gücündədir"

​Ceyms Ellison: "Ferrari" yarışlarda "Mercedes"i ötüb keçmək gücündədir"
14:57 12 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ "Fikrimcə "Ferrari" yarışda "Mercedes"i ötüb keçmək gücündədir".
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bunu "Formula 1" yarışlarında çıxış edən "Ferrari"nin texniki direktoru Ceyms Ellison bildirib.
"Skuderiya"nın texniki direktoru "Mercedes"ə qalib gəlmək üçün bütün imkanlarının olduğunu deyib.
O, qarşıdakı yarışlarda yetirmələrinin lider kürsüsünə qalxacağından əmin olduğunu söyləyib: "İnanıram ki, 2016-cı ildə daha güclü olacağıq. Düzdür, danışmaq asan, ancaq iş görmək çətindir. Bizim avtomobillər "Mercedes" kimi əla deyil, amma üç Qran-Pridə birinci olmağa müvəffəq olmuşuq.".
Qeyd edək ki, bu ilki yarışlarında "Ferrari"nin pilotu Sebastyan Fettel yalnız üç yarışda qalib gələrək, fərdi hesab üzrə üçüncü yerə layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/ceyms-ellison-ferrari-yarisda-mercedes-i-otub-kecmek-gucundedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR