Ağstafada ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib

Ağstafada ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib
15:03 12 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 12 dekabr, Famil Quliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək düzərək, xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzində davam etdirilən anım mərasimində iştirakçılar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_umummilli_lider_Heyder_Aliyevin_anim_gunu_munasibetile_umumrayon_tedbiri_kechirilib-910686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR