Qazaxlılar Ulu Öndərin abidəsini ziyarət ediblər

15:23 12 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı Qazax rayonunda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimi Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Rayon rəhbərliyi, hərbi hissələrin əsgər və zabit heyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri anım mərasiminə qatılıblar.
Qazaxlılar dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərin əzəmətli abidəsi önünə tər-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR