Çinlə Azərbaycan arasında imzalanan saziş əsasən yüklərin daşınması prosedurunu asanlaşdıracaq

Çinlə Azərbaycan arasında imzalanan saziş əsasən yüklərin daşınması prosedurunu asanlaşdıracaq
15:23 12 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Çinlə Azərbaycan arasında imzalanan saziş əsasən iki ölkə arasında yüklərin daşınması prosedurunu asanlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə Çin və Azərbaycan dəmir yolları arasında imzalanan saziş əməkdaşlıq müqaviləsidir, sənəddə yüklərin daşınması istiqamətində daha asan prosedurun yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dekabr ayının 10-da ““Azərbaycan Dəmir Yolları” QSC ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinle_Azerbaycan_arasinda_imzalanan_sazis_esasen_yuklerin_dasinmasi_prosedurunu_asanlasdiracaq-910696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR