Məhkəmə ​Cahangir Hacıyevin vəsatətini təmin etməyib

Məhkəmə ​Cahangir Hacıyevin vəsatətini təmin etməyib
15:27 12 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
Bu barədə "Report"a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
O bildirib ki, vəsatət təmin edilməyib.
Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR