Sərxoş sürücülərin cərimələri artırılacaq (VİDEO)

Sərxoş sürücülərin cərimələri artırılacaq (VİDEO)
15:31 12 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Sərxoş sürücülərə qarşı tədbirlər davam etdirilir.

ANS TV-nin məlumatına görə, sərxoş halda avtomobil idarəsi zamanı baş verə biləcək təhlükənin qarşısını almaq üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən müəyyən işlər görülür. Buna görə də sərxoş halda sükan arxasına keçən sürücülərin cərimələrinin artırılması nəzərdə tutulur.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olacaq. Sərt tədbirlər həmçinin sürücü mədəniyyətinin formalaşmasına da öz müsbət təsirini göstərəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR