Sabah hava dumanlı və şaxtalı olacaq

Sabah hava dumanlı və şaxtalı olacaq
15:36 12 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar ücün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bazar günü yağmursuz hava gözlənilir.

Dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi iə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR