Dəm qazı bir qadını öldürdü, birini isə yarımcan etdi

Dəm qazı bir qadını öldürdü, birini isə yarımcan etdi
15:37 12 Dekabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Milli.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yaşayan Nərmin Əzimli mənzilində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda da dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 

Rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Aidə Rafiq qızı dəm qazından zəhərlənib. O, təcili yardım maşını ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/389753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR