Arxeologiya və Etnoqrafiya İnstitutu hesabat verib

15:53 12 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin 2015-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı müzakirə olunub.
Tədbirdə Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli qeyd edib ki, cari ildə altısı beynəlxalq statuslu olmaqla 30-dan çox arxeoloji ekspedisiya respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərib, həmçinin etnoqrafik tədqiqatlar aparılıb.
Diqqətə çatdırılıb ki, altı elmi problem və bu problemlər kontekstində 24 mövzu üzrə elmi araşdırmalar aparılıb. İnstitut əməkdaşları beynəlxalq elmi konfranslarda iştirak edib, ümumilikdə 184 məqalə və tezis, altı kitab, impakt faktorlu beynəlxalq elmi jurnallarda 11 məqalə dərc olunub.
Sonra hesabatla bağlı müzakirələr aparılıb, institutun bir illik fəaliyyəti yüksək dəyərləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arxeologiya_ve_Etnoqrafiya_Institutu_hesabat_verib-910705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR