Vahid Ələkbərovun İstanbulda otel alması xəbəri yalan çıxdı

Vahid Ələkbərovun İstanbulda otel alması xəbəri yalan çıxdı
15:57 12 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Biz Vahid Ələkbərovun İstanbuldakı "Edition Hotel"i alması ilə bağlı yayılan məlumatları təkzib edirik.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə açıqlamanı "Lukoil"in mətbuat xidmətinin rəhbəri Vitali Matuşkin deyib.

O deyib ki, şirkətin prezidenti V.Ələkbərov şəxsən Türkiyədə heç bir özəl səhmə sahib deyil.

""Lukoil"ə gəldikdə isə şirkət öz fəaliyyətini Rusiya qanunverinciliyinə, beynəlxalq hüquqa və iki tərəfli dövlətlərarası razılaşmaya tam uyğun həyata keçirir".

Xatırladaq ki, azərbayacanlı milyarderin İstanbulda otel satın alması ilə bağlı məlumatı Türkiyə mətbuatı yaymışdı. 
Məlumatda qeyd edilirdi ki, V.Ələkbərov azərbaycanlı iş adamı mübariz Mənsimova aid "Edition" otelini satın alıb. Otel İstanbulun Levent səmtində yerləşir. 
M.Mənsimov isə binanı 2003-cü ildə satın alıb. 2010-cu ildən bura otel kimi fəaliyyət göstərir.

Mətbuatda, həmçinin "Lukoil" prezidentinin Mənsimova aid digər bir oteli də - Bodrumdakı "Palmarina Hotel"i satın alması barədə xəbərlər yayılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR