Ulu öndər Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daim yaşayacaq

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daim yaşayacaq
16:03 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 12 dekabr, AZƏRTAC
Xalqımızın böyük oğlu Heydər Əliyevin əziz xatirəsini daim uca tutan füzulililər dahi şəxsiyyəti dərin ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ağsaqqallar, gənclər, N hərbi hissənin zabit və əsgərləri əllərində gül-çiçək dəstələri Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev misilsiz xidmətləri ilə xalqın məhəbbətini qazanıb, onun yaddaşına əbədi həkk olunub. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daim yaşayacaq.
Çıxışlarda Ulu Öndərin həyat və fəaliyyətindən söz açılıb, dahi liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü işlərdən bəhs edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_eziz_xatiresi_fuzulililerin_qelbinde_daim_yasayacaq-910707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR