Gürcüstanda Türkiyə sərhədi yaxınlığında soyuqdan donmuş 4 əcnəbinin cəsədi tapılıb

Gürcüstanda Türkiyə sərhədi yaxınlığında soyuqdan donmuş 4 əcnəbinin cəsədi tapılıb
16:17 12 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Gürcüstanın cənub-qərbindəki Xelvaçauri rayonunun Maradidi kəndindən 5 km aralıda yerləşən meşədə ovçular tərəfindən Banqladeşdən olduğu ehtimal olunan 4 əcnəbi vətəndaşın cəsədi tapılıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı rayon bələdiyyəsindən veriblər.
Məlumata görə, donmuş cəsədlərin üzərində heç bir zorakılıq izi yoxdur. Ehtimal olunur ki, qanunsuz şəkildə sərhəddi keçmək üçün meşəyə gələn xarici vətəndaşlar yuxuya dalıb və soyuqdan donub.
Ovçular donmuş cəsədləri aşkarladıqdan sonra Gürcüstan-Türkiyə sərhədində xidmət çəkən sərhədçilərə olay haqqında məlumat verib. Cəsədlər Batumi şəhərinə göndərilib və hazırda ekspertizadan keçirilir.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR