Türkmənistan ərazisində itkin düşən neftçilərin axtarışına başlanılıb

16:22 12 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.
Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.
Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri 5 gəmisi axtarış aparır.
Eyni zamanda, FHN-nin Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/turkmenistan-erazisinde-itkin-dusen-neftcilerin-axtarisina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR