"Neft 30 dollardan da aşağı düşəcək"

"Neft 30 dollardan da aşağı düşəcək"
16:27 12 Dekabr 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ildə neftin qiyməti müvəqqəti olaraq 30 dollardan da aşağı düşə bilər.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion proqnozla Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.

"Ola bilsin ki, müəyyən müddət ərzində qiymət 30 dollar olsun, hətta bundan da aşağı düşsün. Biz bunu bilmirik, hər şey ola bilər"- deyə nazir bildirib.

Siluanov deyib ki, neft kəskin ucuzlaşsa da, Rusiyada makroiqtisadi situasiya dəyişməyib.

"Biz büdcədə neftin qiymətini 50 dollardan götürmüşük, indi barrel hardasa 36-37 dollara satılır. Aydın deyil ki, bundan sonra nə olacaq. Hamı çətin günlərə hazırlaşmaldır. Bir il əvvəl kimsə desəydi ki, neft 40 dollardan ucuz olacaq, yəqin hamı ona gülərdi", - nazir deyib.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyinin 2016-cı il büdcəsində ixisarlar aparacağı açıqlanıb. Nazirlik xərcləri 5 faiz ixtisar etməyə, özəlləşdirmədən daxil olacaq vəsaitlərin həcmini artırmağa, əsaslı tikintini tamamilə dayandırmağa hazırlaşır.

Xatırladaq ki, Azərbaycanın gələn il üçün büdcəsində də neftin qiyməti 50 dollardan götürülüb. Maliyyə naziri Samir Şərifov demişdi ki, hər ehtimala qarşı hökumət ən bədbin ssenariyə də hazırdır və neftin 40 dollar olacağı ehtimalına qarşı variant hazılayıb. İndi isə neft 40 dollardan da aşağıdır...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR