Şamaxılılar Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüblər

Şamaxılılar Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüblər
16:28 12 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Şamaxı, 12 dekabr, AZƏRTAC
Şamaxılılar ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünü ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, anım günü minlərlə Şamaxı sakini, o cümlədən rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyətin çoxsaylı nümayəndələri səhər saatlarında ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, böyük xilaskarın xatirəsinə ehtiramlarını bildirib, abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gəliblər. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən fotolarla tanış olublar.
Sonda Ümummilli Liderə həsr olunan “Sən həmişə bizimləsən” sənədli filminə baxış keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxililar_Umummilli_Liderin_abidesi_onune_ter_chichekler_duzubler-910717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR