Şəki teatrı Rusiya və Türkiyəyə qastrol səfərinə gedəcək

16:47 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bunu "Report"a açıqlamasında teatrın direktoru Hikmət Nəbiyev deyib.
Direktorun sözlərinə görə, Şəki teatrı gələn ilin yaz aylarında Türkiyəyə qastrol səfərinə gedəcək, iyun-iyul aylarında isə Türkiyədə keçiriləcək Konya-Adana Teatr Festivalına qatılacaq.
TÜRKSOY-un Şəkini 2015-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan etdiyini xatırladan H.Nəbiyev bildirib ki, bu münasibətilə 2016-cı ildə Şəki Dövlət Dram Teatrının Türkiyəyə iki səfəri planlaşdırılır. Konya-Adana Festivalında iştirakımız gələn ilin yay aylarına təsadüf edəcək". 
H.Nəbiyev qeyd edib ki, bundan başqa Şəki Dövlət Dram Teatrı Yeni ildə Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə qastrol səfərinə gedəcək: "Hər 3 qastrol səfərinə hazırlaşırıq. Türkiyə və Rusiyada 3 əsərlə çıxış edəcəyik. Haldun Tanerin "Və dəyirman dönərdi", İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" və Əhməd Orucoğlunun "Oğru" əsərləri əsasında hazırlanan eyniadlı tamaşaları getdiyimiz ölkələrdə teatrsevərlərə təqdim edəcəyik".
Xatırladaq ki, Şəki teatrında dekabrın 13-14-də Haldun Tanerin "Və dəyirman dönərdi" əsərinin premyerası keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/seki-teatri-rusiya-ve-turkiyeye-qastrola-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR