Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib

Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib
16:48 12 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda da ehtiramla yad edilib.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Rustavi şəhərinə gələrək buradakı Heydər Əliyev Parkında da Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Səfir A.Hüseyn burada ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Gurcustanda_ehtiramla_yad_edilib-910721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR