Azərbaycan Universitetinin tələbələri MBA proqramı barədə məlumatlandırılıblar

Azərbaycan Universitetinin tələbələri MBA proqramı barədə məlumatlandırılıblar
16:58 12 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərindəki Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (UBIS) nümayəndələri Azərbaycan Universitetinin biznesin idarə olunması üzrə magistratura proqramlarında (MBA) təhsil alan tələbələrlə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik əməkdaşlıq üzrə mütəxəssis Ryan Khoaz UBIS-in təklif etdiyi ikili MBA proqramı barədə məlumat verib.
Qeyd olunub ki, birgə proqramın tətbiqi universitetlər arasında anlaşma memorandumu imzlandıqdan sonra mümkün olacaq. İki tədris ilini (dörd semestr) əhatə edəcək birgə MBA proqramında 20 fənnin tədrisi nəzərdə tutulur. Bu fənlərdən dördü Bakıda, biri isə Cenevrədə UBIS-in və Azərbaycan Universitetinin müəllimləri tərəfindən tədris olunacaq.
Magistrantlar tərəfindən tədris müddətində qazanılan bütün kreditlər hər iki universitet tərəfindən tanınacaq. Proqramın bütün tələblərini tam yerinə yetirən məzunlar hər iki universitetin diplomunu ala biləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Universitetinin_telebeleri_MBA_proqrami_barede_melumatlandiriliblar-910726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR