Ümummilli Liderin xatirəsi Budapeştdə də anılıb

Ümummilli Liderin xatirəsi Budapeştdə də anılıb
17:08 12 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 12 dekabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib. Konsertdən əvvəl tamaşaçılara Heydər Əliyevin ömür yolu və müasir Azərbaycan dövlətinin qurulmasındakı böyük xidmətləri haqqında məlumat verilib.
“Duna Palota” sarayında keçirilən konsertdə Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Dunay” simfonik orkestri rəngarəng proqramla çıxış edib. Macar tamaşaçıları bir-birindən fərqli musiqi əsərlərini – görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Fikrət Əmirovun simfonik əsərlərini və operalarından ariyaları, Robert Şumanın “Pianino üçün konsert”ini, Pyotr Çaykovskinin “Altıncı simfoniyası”nı, Françesko Çileanın “Arlesiana” operasından uvertüranı dinləyiblər. Vokal partiyaları Milandakı məşhur La-Skala opera teatrının gənc azərbaycanlı solisti Azər Rzazadə, pianino partiyalarını isə beynəlxalq müsabiqələr laureatı Balaş Yanoş ifa ediblər.
Konsertin tamaşaçıları arasında incəsənət ustaları, Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mətbuat təmsilçiləri və şəhərdəki Azərbaycan diasporunun üzvləri olublar.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Liderin_xatiresi_Budapestde_de_anilib-910732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR