Kafedə adam öldürənlərdən biri tutuldu

Kafedə adam öldürənlərdən biri tutuldu
17:24 12 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda “Lion” kafesində törədilən qətldə şübhəli bilinən şəxs tutulub.

Xətai Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, məsələ ilə əlaqədar axtarışda olan Babayev Bəxtiyar Hidayət oğlu bu gün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Qeyd edək ki, sözügedən qətl hadisəsi sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş verib. Bir qrup şəxs arasında düşən mübahisə zamanı 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu qətlə yetirilib.

 

Hadisədən bir neçə gün sonra dava iştirakçılarından ikisi İrana qaçmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılıb. Qətlin əsas iştirakçısı Elməddin Ağayev isə İrana qaçmağa nail olub. Hazırda onun axtarışları davam etdirilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR