Paytaxt sakinlərinin sahibsiz heyvanlara münasibətini öyrənmək üçün sorğu keçirilib

17:33 12 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
IDEA İctimai Birliyi paytaxt sakinlərinin sahibsiz heyvanlara, o cümlədən it və pişiklərə münasibətini öyrənmək üçün sorğu keçirib.
IDEA-nın könüllüləri tərəfindən keçirilən sorğunun məqsədi ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması və onlara qarşı münasibətin öyrənilməsi olub.
Məlum olduğu kimi, IDEA İctimai Birliyi Bakı şəhərinin Qaradağ rayonunda Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi inşa etdirir. Burada sahibsiz heyvanlar üçün sığınacaq, baytarlıq klinikası və digər şəraitin yaradılması nəzərdə tutulur. Bugünkü sorğu da IDEA tərəfindən həyata keçirilən çoxşaxəli layihənin tərkib hissəsidir.
Layihə çərçivəsində ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması, o cümlədən bu mövzuda sorğuların keçirilməsi nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR