Yoxa çıxan İndoneziya təyyarəsinə aid ola biləcəyi güman edilən hissələr aşkarlanıb

11:37 30 Dekabr 2014
59 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:31 ]

Bakı. Zümrüd Paşayeva - APA. “AirAsia Indonesia” aviaşirkətinin yoxa çıxan təyyarəsinə aid ola biləcəyi güman edilən hissələr aşkarlanıb.

 

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə İndoneziya Milli Xilasetmə Mərkəzinin sözçüsü Yusuf Lətif bildirib.

 

Onun sözlərinə görə, İndoneziya hərbi hava qüvvələri Borneo adası yaxınlığında, Panqkalan Bunun cənubunda sahildən 170 km məsafədə ağ, qırmızı, qara rəngli müxtəlif hissələr, o cümlədən xilasetmə jileti tapıblar. İndoneziyalı rəsmi həmin əraziyə əlavə qüvvələrin göndəriləcəyini bildirib: “Bu çox vacib tapıntıdır. Lakin biz araşdırma tamamlanana qədər nəyisə təsdiqləyə bilmərik”.  

 

Xatırladaq ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan “AirAsia Indonesia” aviaşirkətinə məxsus təyyarə dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.



Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR