Azərbaycan haqda Belçikada flamand dilində nəşr olunan kitabın təqdimatı keçirilib

Azərbaycan haqda Belçikada flamand dilində nəşr olunan kitabın təqdimatı keçirilib
17:52 12 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Belçikadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Səfirlikdən "Report"a verilən məlumata görə, mərasimdə çıxış edən səfir Fuad İsgəndərov ulu öndər Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu bildirib.
Diplomat vurğulayıb ki, bugünkü güclü Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. O qeyd edib ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət bu gün Pezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu siyasət nəticəsində Azərbaycan qısa bir zamanda sürətlə inkişaf edib və Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib".
Daha sonra Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim çıxış edərək, Azərbaycanın müstəqilliyinin ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlandığını və möhkəmləndiyini bildirib, dünya dövlətləri içərisində ölkənin tanınmasında əvəzolunmaz rolu olduğunu diqqətə çatdırıb.
Mərasimin sonunda yeni yaradılan ECAF – “European Centre of Azerbaijani Friends” təşkilatının dəstəyi ilə ilk dəfə flamand dilində dərc edilən, tanınmış tədqiqatçı Jack Kroesin müəllifi olduğu Azərbaycan haqqında kitabın təqdimatı keçirilib.





Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-haqda-belcikada-flamand-dilinde-nesr-olunan-kitabin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR