Mançester klubu belçikalı hücumçuya "elçi" düşüb

Mançester klubu belçikalı hücumçuya "elçi" düşüb
17:59 12 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted” klubu yanvarda heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, “mankunianlar” “Everton”un hücumçusu Romelu Lukaku ilə maraqlanır.

 

Mançester təmsilçisi 22 yaşlı belçikalını nəyin bahasına olursa-olsun, tranfer etməyi düşünür. “Qırmızı şeytanlar” Lukakuya görə 70 milyon avro xərcləməyə hazırdılar. “Everton” rəhbərliyi hələ ki, bu təklifə cavab verməyib. Bununla belə, liverpulluların qarşı tərəfin təklifini qəbul edəcəyi inandırıcı görünür.

 

Qeyd edək ki, Lukaku Premyer Liqanın cari mövsümündə 15 oyunda 11 qola imza atıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR