İstanbulda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

İstanbulda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
18:03 12 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Liderinin vəfatının 12-ci ildönümü ilə əlaqədar daha bir anım mərasimi İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında keçirilib.
Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə diplomatlarımız, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Sarıyer bələdiyyəsi sədrinin müavini İsmayıl Erdem, İstanbuldakı beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədə yaşayan və səfərdə olan soydaşlarımız, ölkə ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin heykəli qarşına gül dəstələri qoyub, xatirəsini yad ediblər.
Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün bu ərazidə yerləşən büstü qarşısına da gül dəstələri düzülüb, xatirəsi anılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_ulu_onder_Heyder_Aliyevin_xatiresi_anilib-910756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR