Heydər Əliyev türk dünyası qarşısındakı misilsiz xidmətləri ilə xalqlarımızın qəlbində özünə əbədi abidə ucaldıb

18:13 12 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+



İstanbul, 12 dekabr, AZƏRTAC
İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edənlər türk dünyasının böyük oğluna hörmət və ehtiramlarını ifadə edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib ki, Heydər Əliyev hələ sağlığında uzaqgörən siyasəti, böyük hədəflərə hesablanmış əməli işləri ilə türk dünyası qarşısında misilsiz xidmətlər göstərərək insanların qəlbində özünə əbədi abidə ucaldıb. Ulu Öndərin əldə etdiyi nailiyyətlər bütün liderlərə örnəkdir. İstanbuldakı Heydər Əliyev Parkının xüsusilə sadə zəhmət adamları tərəfindən böyük ehtiramla yad edilməsi bir daha göstərdi ki, Ulu Öndərimiz əbədiyyətə qədər türk dünyasının ən çox sevilən siyasi və dövlət xadimləri sırasında öz layiqli yerini qoruyacaq. Heydər Əliyevin həyata keçirdiyi nəhəng layihələr Azərbaycanda və Türkiyədə sosial həyatı sürətli inkişaf yoluna çıxarıb. Buna görə də xalqlarımızın Ulu Öndərə məhəbbəti gündən-günə artır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_turk_dunyasi_qarsisindaki_misilsiz_xidmetleri_ile_xalqlarimizin_qelbinde_ozune_ebedi_abide_ucaldib-910761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR