Doğma xalqının xoşbəxtliyinə həsr edilən həyat

Doğma xalqının xoşbəxtliyinə həsr edilən həyat
18:13 12 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Xırdalan, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar böyük siyasətçinin xatirəsi Abşeron rayonunda da anılıb.
AZƏRTAC xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə əməkdaşları, minlərlə abşeronlu dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Abşeronluların Heydər Əliyevə sevgi və məhəbbəti sonsuzdur. Bu dahi insan abşeronluların yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz nadir siyasətçi idi.
Abşeron sakinləri Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayırlar.
Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub, Ümummilli Liderə həsr edilən filmi izləyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dogma_xalqinin_xosbextliyine_hesr_edilen_heyat-910762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR