Səudiyyə Ərəbistanı: Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır

Səudiyyə Ərəbistanı: Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır
18:17 12 Dekabr 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığı tarixində ilk dəfə olaraq qadınlar şənbə günü keçirilən seçkilərdə səs verir.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, seçmək hüququ ilə yanaşı qadınlar seçilmək hüququndan da istifadə edə bilər.
Ölkə boyu təşkil olunan bələdiyyə seçkilərində namizəd olaraq qeydiyyatdan 978 qadın keçirilib. Kişi namizədlərin sayı 6 minə yaxındır.
Səsvermə məntəqələrinə təxminən 130 min qadın və 1,35 milyon kişinin gələcəyi gözlənilir.
1965-ci illə 2005-ci il arasında ölkədə seçkilər ümumiyyətlə keçirilməyib. Hazırkı seçkilər krallığın tarixində sayca üçüncü səsvermədir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/seudiyye-erebistani-qadinlar-ilk-defe-olaraq-seckilere-qatilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR