“Gənclik” voleybol klubu Gürcüstanın “Tbilisi” komandasına qalib gəlib

“Gənclik” voleybol klubu Gürcüstanın “Tbilisi” komandasına qalib gəlib
18:33 12 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də qadın voleybol komandalar arasında Azərbaycan Super Liqası yarışlarının ikinci dövrəsinin ikinci turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Gənclik” komandası yarışda müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” klubunu qəbul edib.
Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə “Gənclik” komandası 3:0 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlinə 14 xalla “Telekom” klubu liderlik edir. Hesabında 13 xal olan “Lokomotiv” və “Azərreyl” komandaları ilk üçlüyü tamamlayırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR