Misir qəzeti Azərbaycanın inkişafında Heydər Əliyevin xidmətlərindən yazır

Misir qəzeti Azərbaycanın inkişafında Heydər Əliyevin xidmətlərindən yazır
18:33 12 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Misirin nüfuzlu “Ruzəl-Yusuf” qəzetində jurnalist Əhməd Tarabekin məqaləsi dərc edilib.
Ə.Tarabek Azərbaycan xalqının hər il dekabrın 12-də müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anım mərasimini keçirdiyini qeyd edib. O, Heydər Əliyevin Azərbaycanı çətinliklərdən çıxararaq ölkənin inkişafı yolunda böyük nailiyyətlərə imza atmış şəxsiyyət olduğunu, Vətəninə və millətinə hər zaman sadiq olması ilə xalqın qəhrəman övladına çevrildiyini bildirib.
Müəllif demokratiyanın inkişafı və ictimai ədalətin bərqərar olması üçün hər bir ölkənin ağır zamanlar yaşamasının təbii olduğunu bildirərək Azərbaycanın məlum dövrlərdə siyasi və iqtisadi böhran yaşadığını, əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb. Məqalədə 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi və 1994-cü ildə Ermənistanla atəşkəsə dair razılığın əldə olunması barədə məlumat verilib.
Ə.Tarabek Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və sosial islahatlar nəticəsində bu gün Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik ölkəyə çevrildiyini bildirib. O, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri konkret faktlarla diqqətə çatdırıb. Müəllif Azərbaycanın 2020-ci ilə qədər iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmağa səy göstərdiyini qeyd edib.
Azərbaycanla Misir arasında iqtisadiyyat, texnologiya, energetika və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş imkanları olduğunu qeyd edən jurnalist Azərbaycanın Misirdə icrası nəzərdə tutulan beynəlxalq iqtisadi və turizm layihələrində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_qezeti_Azerbaycanin_inkisafinda_Heyder_Aliyevin_xidmetlerinden_yazir-910774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR