Sankt-Peterburqda Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı tarixi roldan danışılıb

Sankt-Peterburqda Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı tarixi roldan danışılıb
18:38 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Dekabrın 12-də Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin barelyefi önündə anım mərasimi keçirilib.
Mərasimdə diaspor fəalları, Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Kazım Çavuşoğlu və diplomatları, şəhərdə təhsil alan tələbə və gənclər, habelə ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Bu barədə AZƏRTAC-a Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Tədbir iştirakçıları Ulu Öndərin barelyefi önünə gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən baş konsul Elşad Qulamov Ümummilli Liderin müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən söz açıb. O, Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Baş konsul bildirib ki, hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələrin həyata keçirildiyi, Prezident İlham Əliyevin Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu ləyaqətlə davam etdirdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
“Azərbaycanlıların dostları cəmiyyəti – Naxçıvan” regional ictimai təşkilatının sədri İdris Qəhrəmanov, Sankt-Peterburqun Azərbaycan diasporunun sədri Sabir Məsimov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Sankt-Peterburq üzrə regional nümayəndəsi Mirtofiq Qasımov və başqaları ümummilli lider Heydər Əliyevin hərtərəfli fəaliyyəti haqqında çıxışlar edərək bu dahi şəxsiyyətin qoyub getdiyi irsin gələcək nəsillər üçün əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda ehsan süfrəsi açılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sankt_Peterburqda_Heyder_Aliyevin_Azerbaycan_xalqinin_taleyinde_oynadigi_tarixi_roldan_danisilib-910779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR