Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Həştərxanda qeyd edilib

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Həştərxanda qeyd edilib
18:43 12 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Həştərxan şəhər administrasiyasının rəhbərinin müavini Sergey Aqabekov, şəhərin Sovetskiy rayonunun başçısı Yuriy İvanov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov və diaspor nümayəndələri, Heydər Əliyev adına 11 nömrəli məktəbin müəllim və şagirdləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üzvləri iştirak ediblər. Mərasimdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilib. Azərbaycan və Rusiya xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışılıb.
Qeyd edilib ki, Həştərxanda keçirilən tədbirlər Azərbaycanın hüdudlarından kənarda da ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_vefatinin_ildonumu_Hesterxanda_qeyd_edilib-910783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR