Azərbaycan gəncliyi fəxr edir ki, Heydər Əliyev siyasətinin davamçısıdır

Azərbaycan gəncliyi fəxr edir ki, Heydər Əliyev siyasətinin davamçısıdır
18:43 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Biz Azərbaycan gəncliyi olaraq dahi şəxsiyyətin əbədiyaşar ruhu önündə söz veririk ki, onun siyasətini, onun siyasi kursunu ləyaqətlə davam etdirəcəyik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək bu siyasətin çiçəklənməsi və inkişafı üçün var gücümüzlə çalışacağıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov deyib.
O bildirib ki, biz ümummilli lider Heydər Əliyevə Azərbaycan kimi böyük məmləkəti uçurumun kənarından, məhv olmaq təhlükəsindən xilas etdiyi üçün borcluyuq: “Heydər Əliyev haqqında bir gənc kimi onu deyə bilərəm ki, bu gün Azərbaycan gəncliyi olaraq əldə etdiyimiz bütün uğurların hər birini dahi şəxsiyyətin zəngin zəkasına, onun düşünülmüş və balanslaşdırılmış şəkildə həyata keçirdiyi siyasi iradəyə borcluyuq. Bu gün Azərbaycan gəncliyi fəxr edir ki, Heydər Əliyev siyasətinin davamçısıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR