Metroda qadından 258 manat oğurlayan şəxs tutuldu

Metroda qadından 258 manat oğurlayan şəxs tutuldu
18:47 12 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda oğurluq etmiş şəxs tutulub.

Qafqazinfo-nun  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 8-də metronun "Gənclik" stansiyasında Bakı şəhər sakini Fəxriyyə Rəsulovaya məxsus, içərisində 258 manat və sənəd olan pul kisəsi oğurlanıb.

Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, Füzuli rayon sakini Tapdıq Namazov tutulub.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/389770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR