Parisdə “Euro-2016” çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Parisdə “Euro-2016” çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək
18:53 12 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Parisdə futbol üzrə 2016-cı il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Avropa çempionatının həlledici mərhələsinın Fransadan olan iştirakçıları 2014-cü ilin sentyabr ayından başlanan və bir ildən çox davam edən seçim turnirinin yekunlarına əsasən müəyyən edilib. İyirmi üç komanda püşkatma zamanı səbətdə yer alacaq. Bu, UEFA koeffisientindən asılı olaraq müəyyən edilib. Final turnirin meydan sahibi olan Fransa komandası püşkatmada iştirak etmədiyi üçün avtomatik birinci nömrə ilə A qrupuna düşür.
Birinci səbətə fransız komandası ilə yanaşı İspaniya, Almaniya, İngiltərə, Portuqaliya və Belçika, ikinci səbətə İtaliya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna və Rusiya, üçüncüyə Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya və Macarıstan, dördüncüyə Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya və Şimali İrlandiya komandaları düşüblər. UEFA Rusiya və Türkiyə arasında gərgin münasibətlərə baxmayaraq, bu komandaları püşkatmada ayırmayıb. Yəni Rusiya və Türkiyə komandaları bir qrupa düşə bilər.
Püşkatma mərasimi Parisin Konqreslər Sarayında keçiriləcək. Əvvəlcə birinci səbətdən, sonra isə dördüncü, üçüncü, ikinci səbətdən komandalar qruplar üzrə müəyyən ediləcək. Qrupların tərkibi müəyyən ediləndən sonra ilkin mərhələdə matçların cədvəli və keçirilmə yeri məlum olacaq.
Mərasimdə müxtəlif illərin Avropa çempionları iştirak edəcəklər. Burada, həmçinin sona çatmaqda olan ilin Avropa komandası elan ediləcək. Səsvermə UEFA-nın rəsmi saytında keçirilib. Namizədliyə Avropa klublarında oynayan 28 futbolçu təqdim edilmişdi. Onların sırasında rusiyalılar olmayıb.
Növbəti turnirdə “Avro-2012” çempionatından sonra rekord sayda – 8 komanda (bu format 1996-cı ildən olub) çıxış edəcək. Avropa çempionatı tarixində ilk dəfə 1/8 final keçiriləcək. Bu mərhələdə hər qrupdan iki ən yaxşı komanda və üçüncü yeri tutmuş ən yaxşı dörd komanda oynayacaq.
“Avro-2016” çempionatının qrup matçı iyunun 10-dan 22-dək, 1/8 finalı iyunun 25-dən 27-dək, 1/4 finalı iyunun 30-dan iyulun 3-dək, yarımfinalları iyulun 6-7-də, finalı iyulun 10-da Sen-Denidə “Stad de Frans” stadionunda keçiriləcək. “Avro-2016” çempionatının matçları Bordo, Lans, Lill, Lion, Marsel, Nitse, Paris, Sent-Etyen və Tuluzada olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_Euro_2016_chempionatinin_final_merhelesinin_puskatma_merasimi_kechirilecek-910795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR